Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələri dayandırıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sosial şəbəkədə yazıb.
Almaniya səfiri dayandırılmış bir neçə layihə, o cümlədən yaşıl hidrogen, enerji infrastrukturu layihələri, həmçinin Batumidə su infrastrukturunun maliyyələşdirilməsi barədə danışıb.
“Almaniya təəssüf edir ki, Gürcüstanla 237 milyon avroluq layihələri dayandırıb.
Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Gürcüstanın Avropa İttifaqına gedən yolu tərk etməsinə və etirazlara qarşı sərt tədbirlər görməsinə reaksiya verir.
Biz Batumidə yaşıl hidrogen, enerji infrastrukturu və su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq.
Vətəndaş cəmiyyəti və qanunun aliliyinə dəstək davam edir”, – Peter Fişer yazıb.