Another advertisement
“Biz yayımlanan məlumatlardan, gərgin mühit və həll edilməli və düzəldilməli pozuntulardan narahatıq.”
QafqazTürk Media xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Almaniya Gürcüstanda baş verən hadisələri diqqətlə izləyir və bütün tərəfləri təmkinli olmağa və zorakılıq və daha da polarizasiya hallarından qaçmağa çağırır”, – nazirlik bildirir.
Almaniyanın Xarici İşlər Nazirliyinin iddiasına görə, seçki nəticələrinə yanaşma və hökumət formalaşması Gürcüstanın Avropa istiqamətində gələcək irəliləyişinə də təsir edəcək.