“Almaniya, Fransa və Polşa Gürcüstan hökumətinə qarşı birgə, daha sərt mövqedə razılaşsalar, Orban heç nəyə mane ola bilməyəcək”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Almaniya Parlamentinin (Bundestaq) Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot çıxışında bildirib.
“Təəssüf ki, göründüyü kimi Avropa İttifaqının nə planı, nə də strategiyası var. Axı hakim partiya əvvəlcə seçkiləri saxtalaşdırdı, sonra konstitusiyanı pozdu, indi də müxalifləri vəhşicəsinə döyür. Gürcüstan həftələrdir ki, tarixi miqyasda böhran yaşayır: kütləvi dövlət zorakılığına və repressiyalara baxmayaraq, insanlar öz Avropa gələcəyi üçün küçələrə axışır. Əllərində Avropa İttifaqının bayrağı tutan cəsur vətəndaşlara su şırnaqları, gözyaşardıcı qaz və dəyənəklərlə hücum edilir. Brüsseldən və ya Berlindən nə eşidirik? Sadəcə boş həmrəylik ifadələri. Mən bundan çox utanıram” – Rot vurğulayıb.
“Gürcü arzusu” liderlərinə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyalara mane ola biləcək Macarıstanla bağlı suala Rot cavab verdi ki, Macarıstan “Aİ planının olmadığını gizlətmək üçün bəhanə” kimi istifadə olunur.
“Avropa qərarı ilə razılaşmamaq üçün Macarıstandan səbəb kimi istifadə olunur. Əgər Almaniya, Fransa və Polşa Gürcüstan hökumətinə qarşı birgə daha sərt mövqedə razılaşsalar, o zaman Orban heç nəyə mane ola bilməyəcək. Baltikyanı tərəfdaşlarımız yeganə istisnadır. Ümid edirəm ki, Aİ xarici siyasətinin yeni rəhbəri Kaia Kalas Gürcüstanı Avropanın xarici siyasətinin mərkəzinə qoyacaq dinamik yaradacaq”, – Rot bildirib.