Almaniya federal hökuməti marixuananın leqallaşdırılması təşəbbüsünü dəstəkləyib – ƏTRAFLI

0

Almaniya federal hökuməti marixuananın leqallaşdırılması təşəbbüsünü dəstəkləyib. Almaniya mətbuatının yazdığına görə, qanun layihəsinə əsasən, marixuana qadağan olunmuş dərmanlar siyahısından çıxarılacaq və yetkin vətəndaşlar 25 qrama qədər maddə saxlaya biləcəklər.

Bundan əlavə, hər bir vətəndaşa üç bitki marixuana gətirməyə icazə veriləcək. Həmçinin, qanun layihəsi marixuana yetişdirəcək və yayacaq birliklərin yaradılmasına imkan verəcək.

Almaniyada lisenziyalı marixuana kafelərinin açılması təşəbbüsü qanun layihəsinə daxil edilməyib. Lakin qanun qüvvəyə mindikdən sonra Almaniyada pilot layihə çərçivəsində lisenziyalı marixuana mağazaları açılacaq. Almaniyanın səhiyyə naziri marixuananın leqallaşdırılmasını Almaniyanın narkotik siyasətində mühüm dəyişiklik kimi qiymətləndirib.

Almaniya hökumətinin dəstəyindən sonra qanun layihə payızda parlamentdə müzakirəyə çıxarılacaq. Almaniya hökumətinin məlumatına görə, marixuananın leqallaşdırılması ilə bağlı qanun 2023-cü ilin sonunda qüvvəyə minəcək.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Bu abonentlər üçün təbii qazın qiyməti aşağı salınacaq.
Öncəki yazı
İrakli Ğaribaşvilii İsrailə səfər edib