Another advertisement
6 Noyabrda Almaniya federal hökuməti Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı Bundestaqa hesabat təqdim edəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Almaniya Parlamentinin (Bundestaq) Xarici Əlaqələr Komitəsinin 6 noyabr tarixli hesabatında deyilir.
Bundestaqın Xarici Əlaqələr Komitəsinin noyabrın 6-da keçiriləcək iclasının birinci məsələsi kimi Gürcüstanın müzakirəsi planlaşdırılır. Almaniya parlamentarları oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı Almaniya federal hökumətinin hesabatını dinləyəcəklər.