This is a specific ad

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Gürcüstandadır.

247

Another advertisement

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Gürcüstandadır.

QafqazTürk Media xəbər verir ki, bu barədə sosial şəbəkədə Rotun özü məlumat yayıb.

“Sabahın xeyir, Tbilisi!” – sosial platformada almaniyalı deputat yazır.

Qeyd edək ki, o, Tbilisiyə getməzdən əvvəl Gürcüstanla bağlı növbəti yazını dərc edib və orada vurğulayıb ki, seçkilər azad və ədalətli olmalıdır.

“Seçkilər azad və ədalətli olmalıdır. Oliqarxiya demokratiyanın zəhəridir. Anti-LGBT qanunu Gürcüstanın uzun tolerantlıq və açıqlıq tarixi ilə uyğun gəlmir. Dialoq vacibdir. Almaniya + Avropa İttifaqı Gürcüstanın Avropaya inteqrasiyasını yalnız hökumətin antidemokratik siyasətini dəyişdiyi halda dəstəkləyəcək”, – Rot yazıb.

Xatırladaq ki, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri bir neçə gün əvvəl sentyabrın 16-18-də Gürcüstan və Ermənistana səfər edəcəyini bildirmişdi.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
2024-2026-cı illər üçün Havanın Keyfiyyətinin İdarə Edilməsi Planı təsdiqlənib
Öncəki yazı
Xarici İşlər naziri İliya Darçiaşvili İordaniya Haşimilər Krallığında səfərdədir