This is a specific ad

Almaniya Batumidə yaşıl hidrogenin inkişafı, su infrastrukturunun və enerji şəbəkələrinin genişləndirilməsi layihələrinin maliyyələşdirilməsini dayandırır

155

Another advertisement

Almaniyanın Gürcüstandakı səfirliyinin məlumatına görə, Almaniya Batumidə yaşıl hidrogenin inkişafı, su infrastrukturunun və enerji şəbəkələrinin genişləndirilməsi layihələrinin maliyyələşdirilməsini dayandırır.

“Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Gürcüstan hökuməti ilə planlaşdırılan 237 milyon avroluq layihələri dayandırmaq qərarına gəlib. Dayandırılmış layihələrə Gürcüstanda yaşıl hidrogen təsərrüfatının inkişafı üçün maliyyə ayrılması, Batumidə su infrastrukturunun modernləşdirilməsi və Gürcüstanda enerji şəbəkələrinin genişləndirilməsi daxildir.

Almaniyanın Gürcüstandakı inkişaf siyasətinin böyük bir hissəsi ölkəni Avropa İttifaqına yaxınlaşdırmağa yönəlib ki, bu da Gürcüstan Konstitusiyasında qeyd olunub. Gürcüstan hökuməti de-fakto bunu daha davam etdirmir. Eyni zamanda, hökumət siyasətinə qarşı kütləvi etirazları dayandırmaq cəhdi ilə insan haqları sistematik şəkildə pozulur.

Bununla belə, avropapərəst əhaliyə daha çox fayda verəcək, hətta indiki şəraitdə belə, Avropa ilə yaxınlaşmanı davam etdirmək mümkün olacaq layihələr davam etdirilməlidir. “Şəffaflıq Qanunu”nun qəbulundan sonra Almaniya 2024-cü ilin yayında vətəndaş cəmiyyəti təşkilatlarına əlavə dəstək tədbirləri təklif etməyə başlayıb. Buraya hüquqi məsləhət, kibertəhlükəsizlik üzrə təlim və ya psixo-sosial dəstək daxildir”, – Almaniya səfirliyinin bəyanatında deyilir.

Xatırladırıq ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer ilkin olaraq dekabrın 23-də X sosial şəbəkəsində 237 milyon avroluq layihələrin dayandırılması ilə bağlı bəyanat yazmışdı.

Sonrakı yazı
Torpaq sahələrinin pulsuz qeydiyyatı müddəti uzadılıb
Öncəki yazı
Bu gün Milad bayramı qeyd edilir