This is a specific ad

Almanın sağlamlığa faydaları

227

Another advertisement

Həm yay, həm də payız və qış aylarında yetişən almanın sağlamlığımıza bir çox faydası var.

QafqazTürk Media  xarici mətbuata istinadən xəbər verir ki, alma bağırsaq və beyin sağlamlığını yaxşılaşdırır, eyni zamanda arıqlamağa kömək edir.

Alma xolesterolu tarazlaşdırır, qanı təmizləyir, toksinlərin orqanizmdən atılmasını asanlaşdırır, həzm sistemini yaxşılaşdırır, ürəkbulanmanı azaldır.

Dietoloqların fikrincə, alma digər meyvələrdən fərqli olaraq orqanizmi kolon xərçəngindən daha yaxşı qoruyur.

Hər gün 1 ədəd alma yeməyin insan sağlamlığına faydaları:

1. Ürək üçün faydalıdır.

2. Orqanizmin xərçəngə qarşı müdafiəsini təmin edir.

3. Gündə bir alma yemək immunitet sisteminizi gücləndirir.

4. Daimi alma istehlakı 2-ci tip diabet və piylənmə riskini azaldır.

5. Beyin üçün faydalıdır.

6. Yaşlanmanı gecikdirir.

7. Bədəni lazımi su ilə təmin edir.

8. Hər gün 1 ədəd alma istehlakı ağız və diş sağlamlığı üçün əhəmiyyətlidir.

Bundan başqa, alma ilə yanaşı çəyirdəyinin də bir çox faydası var. Alma çəyirdəyi xərçəng əleyhinə təsirə malikdir, tərkibi B17 vitamini, yod və kaliumla zəngindir. Kalium isə ürək-damar sistemi üçün ən vacib olan mineraldır.

 

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Başın sağ olsun, Türkiyə!
Öncəki yazı
Şalva Papuaşvili: Gürcüstanda dövlət çevrilişinə hazırlıqlar davam edir