This is a specific ad

Alman professor müsəlman tələbəyə dini və irqi mənsubiyyətinə görə təhqirlər yağdırıb

86

Another advertisement

Almaniya universitetlərindən birində təhsil alan
müsəlman tələbəni alman professor hicablı olduğuna görə təhqir edib. Hadisə Almaniyanın şimal-qərbindəki Bonn-Rhein-Sieg Universitetinin kampusunda iqtisadiyyat dərsi zamanı baş verib.
QafqazTürk.com xəbər verir ki,mühazirəçinin təhqirlərindən şoka düşən iyirmi üç yaşlı qız, tələbələrin əksəriyyətinin reaksiya verdiyini və etiraz əlaməti olaraq audotoriyanı tərk etdiyini bildirib.
Tələbə qız direktorluğun auditoriyada baş vermiş hadisəyə görə üzr istədiyini, müəllimin davranışının universitet rəhbərliyi tərəfindən qəbul edilmədiyini vurğulayıb.
Məlumat üçün bildirib ki,Almaniya Konstitusiyasının 4-cü maddəsi dini etiqad azadlığını qoruyur və tələbələrin dərslərdə hicablı iştirak edə biləcəyini müdafiə edir.

Kateqoriya: Din
Sonrakı yazı
Yanğınsöndürən-xilasedicilər iyunun 13-də həlak olanların memorialını əklillərlə bəzəyiblər – ƏTRAFLI
Öncəki yazı
Qafqaz regionunda keçirilən ən möhtəşəm Beynəlxalq Musiqi Festivalı – “ONE CAUCASUS”