This is a specific ad

Alimlər mədəaltı vəzi xərçənginə qarşı peyvənd yaradıblar – RƏSMİ

81

Another advertisement

ABŞ-ın Nyu York şəhərindəki “Memorial Sloan Kettering” Xərçəngə qarşı Mübarizə Mərkəzinin və “Sinay dağındakı İkan” Tibb Məktəbinin beynəlxalq alimlər qrupu və Almaniyanın “BioNTech” firmasının dəstəyi ilə mədəaltı vəzi xərçənginin aqressiv forması ilə mübarizə aparmaq üçün fərdiləşdirilmiş mRNT peyvəndi yaradıblar.

QafqazTürk “Reporta” istinadən xəbər verir ki, klinik tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

Sınaqlar zamanı mütəxəssislər xüsusi hazırlanmış mRNT vaksinlərindən istifadə edərək pankreas yenitörəmələrinə xas olan immun T-hüceyrələrinin aktivləşməsini nümayiş etdirə biliblər. Bu üsul immunoterapiya prinsipinə əsaslanır – şişlərin səthində patogen zülalların tanınması yolu ilə immunitet sistemini xərçəng hüceyrələrinə hücuma vadar edir.

Peyvənd sınaq təcrübələri əvvəlcə cərrahi yolla çıxarılan şişlər, sonra onlardan 16 fərdi peyvənd hazırlayan 16 subyekt üzərində aparılıb.

Sınağın iştirakçılarına həmçinin kimyaterapiya və universal immunoterapiya dərmanı olan atezolizumab təyin edilib. Xəstələrin yarısında əhəmiyyətli T-hüceyrə immun reaksiyası var idi və 18 ay sonra onların heç birində xərçəngin sonrakı inkişafı əlamətləri görünməyib.

Sonrakı yazı
Rus işğalçıları tərəfindən qanunsuz olaraq saxlanılan həmvətənimiz azadlıqdadır – ƏTRAFLI
Öncəki yazı
“SpaceX” daha 56 “Starlink” peykini orbitə çıxardı (VİDEO)