This is a specific ad

Alimlər qədim Homo Sapiensin üzünü rekonstruksiya ediblər

86

Another advertisement

Alimlər 40 il əvvəl indiki Misir ərazisindən tapılmış qədim Homo Sapiensin üzünü rekonstruksiya ediblər. QafqazTürk xəbər verir ki, bu barədə elmi jurnal “Live Science” məlumat yayıb.

Arxeoloqlar tərəfindən 1980-ci ildə indiki Misir ərazisində 30 min il əvvəl yaşamış 17-29 yaş arası Afrika əsilli kişinin skeletini tapmışdılar. O, təxminən 160 santimetr boyu olan 17-29 yaşlarında olan Afrika əsilli kişiyə məxsusdur. Bu insan skeleti Misirdə tapılan ən qədim Homo sapiens qalıqlarıdır. Yanında daş baltanın da tapıldığı nümunə dünyada ən nadir nümunələrdən biridir.

40 ildən çox vaxt keçdikdən sonra, braziliyalı alimlər Qahirədəki Misir Muzeyində skeleti araşdırarkən toplanmış bir sıra rəqəmsal şəkillərdən istifadə edərək, onun üzünü rekonstruksiya ediblər. Müəlliflər deyirlər ki, sümüklərin əksəriyyəti hələ də bütövdür, lakin qabırğalar, qollar və baldır sümüklərinindən bəzi hissələr yoxdur. Bütün bunlara baxmayaraq , kəllə sümüyü bu günə kimi yaxşı qorunub saxlanılıb və alimlər kəllə sümüyünün əsasında qədim Homo Sapiensin üzünü rekonstruksiya etməyi bacarıblar.

Sonrakı yazı
Rabitə Komissiyası: 5-ci nəsil internetin tətbiqi məqsədilə hərrac elan ediləcək.
Öncəki yazı
Medvedev: “Ukrayna niyə yox olacaq? Çünki heç kimə lazım deyil”