Another advertisement
Avropa Şurasının baş katibi Alen Berse Tbilisiyə səfərini bu günə planlaşdırılan mətbuat konfransında yekunlaşdıracaq.
Səfər çərçivəsində Berse “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili, Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze, Xarici işlər naziri Maka Boçorişvili, Parlamentin sədri Şalva Papuaşvili, Parlament çoxluğunun üzvləri və ombudsmanla görüşlər keçirib.
Baş katib həmçinin müxalifət və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüb. O, mitinqlərdə iştirak edərkən fiziki təzyiqə məruz qalan jurnalistlərlə şəxsən danışıb.