“Mən seçkiləri legitimləşdirmək üçün burada deyiləm – Gürcüstan üçün kritik vaxtdır, Gürcüstan siyasi gərginlik, qütbləşmiş ictimai müzakirələr, yüksək səviyyəli zorakılıqla doludur”.
QafqazTürk Media xəbər verir ki, bu Avropa Şurasının baş katibi Alen Berse mətbuat konfransında deyib.
Bersenin sözlərinə görə, onun səfərinin əsas şərtlərindən biri hamı ilə görüşmək olub, çünki istənilən funksional demokratiyanın təməl daşı dialoqdur.
“Gürcüstan üçün kritik vaxtdır. Gürcüstan siyasi gərginlik, qütbləşmiş ictimai müzakirələr, yüksək səviyyəli zorakılıqla doludur. Mən burada ilk növbədə Gürcüstana və onun xalqına dəstəyimi ifadə etmək üçün gəlmişəm. Onlar sabit və demokratik ölkədə yaşamağa layiqdirlər. Gürcüstan 25 ildir ki, Avropa Şurasının tamhüquqlu və çox dəyərli üzvüdür. Mən burada seçkiləri legitimləşdirmək üçün deyiləm, yəni başqa səlahiyyətli qurumlar seçki müşahidəsi ilə bağlı nəticə çıxarsınlar.
Gürcüstanda baş verənlərə əsaslanaraq burada olmamağım və xalqın yanında olmamağım məsuliyyətsizlik olardı. Səfərimin əsas məqsədi mövcud siyasi böhranın yalnız demokratiya, insan haqları və qanunun aliliyi kimi fundamental prinsiplərə riayət etdikdə aradan qaldırıla biləcəyini bildirməkdən ibarətdir. Bu həftə ərzində tanış olduğum hər kəsə təşəkkür etmək istəyirəm. Mənimlə həmfikir olan, mənimlə görüşən hər kəslə – vətəndaş cəmiyyəti təşkilatları, Xalq Müdafiəçisi Aparatı, iqtidar, müxalifətlə səmimi, açıq, konstruktiv müzakirələr apardım. BSəfərimin əsas şərtlərindən biri hamı ilə görüşmək idi. Dialoq istənilən funksional demokratiyanın təməl daşıdır”- Alen Berse bildirib.