Aleksandre Tsuladze 12-ci sinif şagirdlərini məktəbi bitirməkləri münasibətilə təbrik edib

61

Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze 12-ci sinif şagirdlərinə müraciət edərək

“Mən əminəm ki, məktəbdə qazanılan bilik və təcrübə sizə uğur qazanmaq üçün inam və cəsarət verəcək,”- deyib.

Nazirin qeyd etdiyi kimi, zəhmət və əzm həmişə öz nəticəsini verir.

“Əziz gənclər,

Sizi məktəbi bitirməyiniz – həyatınızın ən vacib mərhələlərindən birini uğurla başa vurmağınız münasibətilə ürəkdən təbrik edirəm!

Qəlbləriniz və zehniniz məktəb illərinin unudulmaz xatirələri və mütləq həyata keçirəcəyiniz saysız-hesabsız plan və arzularla doludur.

Dəstəyə və əməkdaşlığa görə müəllimlərinizin və valideynlərinizin hər birinə minnətdaram. Bu yolu zəhmət və məsuliyyətlə getdiyiniz üçün təşəkkür edirəm.

Sizi yeni, daha maraqlı mərhələ gözləyir – tələbəlik illəri, peşəkar seçimlər, yeni dostlar, ideyalar və inkişaf üçün yeni imkanlar. Bu yolda sizə böyük və uğurlu addımlar arzulayıram.

Zəhmət və qətiyyət həmişə öz nəticəsini verir. Mən əminəm ki, məktəbdə qazandığınız bilik və təcrübə sizə uğur qazanmaq üçün inam və cəsarət verəcəkdir.

Sizə parlaq gələcək və qarşıya qoyduğunuz məqsədlərə çatmağınızı arzu edirəm!”, – nazir qeyd edib.

 

Kateqoriya: Cəmiyyət, Təhsil
Sonrakı yazı
Prokurorluğun 2024-cü il üzrə Fəaliyyət Hesabatı Gürcüstan Parlamentinin Bürosuna təqdim edilib
Öncəki yazı
20 may tarixinə olan valyuta məzənnəsi məlumdur