• 06 Mart 2025 03:49

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Aleksandr Lukaşenko – Trampa deyin ki, mən Minskdə Putin və Zelenski ilə danışıqlar üçün gözləyirəm

ByTürkan Şahverdova

Mar 5, 2025
Another advertisement

Belarusun dövlət xəbər agentliyi Belta xəbər verir ki, Aleksandr Lukaşenko Donald Tramp, Vladimir Zelenski və Vladimir Putini danışıqlar üçün Minskə dəvət edir.

“Onun haqqında nə düşündüyünüzə baxmayaraq, Zelenskini qorxutmağa ehtiyac yoxdur. Zelenski ilə razılığa gəlmək vacibdir, çünki Ukrayna cəmiyyətinin böyük bir hissəsi onu dəstəkləyir. Ona görə də danışıqlar aparmaq vacibdir. İstəyirsinizsə, gəlin! Belarus sərhədindən Kiyevə qədər cəmi 200 kilometr məsafədir. Onlar razılaşmaq istəsələr, biz sakitcə razılaşacağıq”, – deyə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydendən daha müstəqil hərəkət edir.

Qərarları səhv olsa belə, özü verəcək. Bayden qərarları özü vermədi. Böyük bir insan ordusu Baydeni müəyyən istiqamətə itələyirdi”, – Lukaşenko qeyd edib.