This is a specific ad

Aleksandr Lukaşenko – And içirəm ki, Avropa İttifaqının seçkilərimizi tanıyıb-tanımaması məni qətiyyən maraqlandırmır

58

Another advertisement

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Avropa İttifaqının Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanıyıb-tanımamasının onun üçün heç bir əhəmiyyəti yoxdur.

QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

“Avropa İttifaqında bu seçkiləri tanıyıb-tanımamağınız zövq məsələsidir. İnanın mənə, and içirəm ki, seçkilərimizi tanıyıb-tanımamağınız mənim qətiyyən vecimə deyil”, – Lukaşenko qeyd edib.

O bildirib ki, ən başlıcası seçkilərin belarus xalqı tərəfindən tanınması və başladığı kimi sülhlə başa çatmasıdır.

Xatırladaq ki, yanvarın 22-də Avropa Parlamenti beynəlxalq ictimaiyyəti Belarusda keçirilən prezident seçkilərini uydurma kimi qiymətləndirməyə və Lukaşenkonun dövlət başçısı kimi tanınmaması siyasətini davam etdirməyə çağıran qətnamə qəbul edib. Qətnamədə həmçinin bildirilir ki, Belarus rejimi müxaliflərə qarşı sistemli şəkildə repressiyaları, o cümlədən qanunsuz həbslər, işgəncələr, təqiblər və qəddar rəftarları davam etdirir.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Avropa İttifaqının xarici işlər nazirləri sabah Gürcüstan məsələsini müzakirə edəcəklər
Öncəki yazı
Gürcüstanın baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinə gedib