This is a specific ad

Aleksandar Vuçiç – Yeni seçkilər apreldə keçirilə bilər

43

Another advertisement

Serbiya prezidenti Aleksandar Vuçiç ölkədə növbədənkənar seçkilərin apreldə keçirilə biləcəyini vurğulayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Nəşr yazır ki, Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verdikdən sonra müxalifət müvəqqəti hökumətin yaradılmasını tələb edib.

Televiziya ilə çıxışında Vuçiç bildirib ki, partiyasına çoxluq höküməti qurmaq və ya növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar vermək üçün 10 gün lazımdır.

“Yeni seçkilər apreldə keçirilə bilər”. “Müvəqqəti hökumətdən söhbət gedə bilməz”, – Serbiya prezidenti qeyd edib.

Xatırladaq ki, Serbiyada davam edən etirazlar fonunda baş nazir Miloş Vuçiç istefa vermək qərarına gəlib. Hökumətin korrupsiyasına qarşı tələbələrin başçılıq etdiyi etiraz dalğası ötən ilin noyabrında Novi Sad şəhərində dəmiryol vağzalının damının uçması və 15 nəfərin ölümündən sonra başlayıb. Etirazçılar dağıntının korrupsiya və düzgün aparılmayan tikinti işləri nəticəsində baş verdiyini iddia edirlər. Hadisə ilə bağlı 13 nəfər, o cümlədən dəmiryol vağzalının damının uçmasından bir neçə gün sonra istefa vermiş Serbiyanın keçmiş nəqliyyat naziri Qoran Vesiç də ittiham olunub.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Pediatr İnqa Mamuçişvili valideynlərə müraciət edir
Öncəki yazı
პედიატრი ინგა მამუჩიშვილი მშობლებს მიმართავს