This is a specific ad

Akustik səs-küyə görə cərimə tətbiq ediləcək – YENİ QANUN

61

Another advertisement

“İnzibati Xətalar Məcəlləsinə” edilən dəyişikliyə əsasən kustik səs-küyün yol verilən normalarını aşmağa görə cərimələr sərtləşdirilir.

QafqazTürk.com xəbər verir ki, layihəyə görə fiziki şəxslər 150 lari, hüquqi şəxslər isə 1500 lari məbləğində cərimə ediləcək.

Sözügedən qanunlayihəsinə Regional Siyasət və Özünüidarəetmə Komitəsində birinci oxunuşda baxılıb.

Qanunlayihəsinin təşəbbüskarlarından olan Beka Davitulianinin sözlərinə görə, yaşayış evində, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakda və ya dövlət/dövlət qurumunun binasında yol verilən akustik səs-küy normalarını aşmaq birinci halda fiziki şəxslər 150 lari, hüquqi şəxslər və fərdi sahibkarlar isə 1500 lari məbləğində cərimə ediləcək.

Təkrar edildiyi halda cərimənin məbləği fiziki şəxslər üçün 500 lari, hüquqi şəxslər və fərdi sahibkarlar üçün 5000 lari olacaq.

Davituliani qanunvericiliyin sərtləşdirilməsinin səbəblərini də deyib və akustik səs-küyün yol verilən normalarını aşmağa görə şifahi xəbərdarlıq əvəzinə birinci halda maliyyə cəriməsinin tətbiq edilməsinin zəruriliyindən danışıb.

Komitə sədri Kaxa Kaxişvilinin sözlərinə görə, maliyyə sanksiyalarının tətbiqi ilə yanaşı icra hissəsinə diqqət yetirmək və lazım gələrsə qanunvericiliyin təkmilləşdirilməsi vacibdir.

Milli Məclisin plenar iclasında qanunlayihəsi müzakirə ediləcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bolnisidə kişi keçmiş həyat yoldaşını öldürüb, oğlunu isə yaralayıb
Öncəki yazı
Dünya bazarında neft qiymətləri