Aksiyalarla bağlı yeni cəza tədbirləri qüvvəyə minib

111

Ölkəmizdə aksiyalarda iştirak qaydaları daha da sərtləşdirilib.

Yeni dəyişikliklərə əsasən, üzünü maska ilə örtmək və yolu bağlamağın ilk halda  15 günədək inzibati həbs cəzası ilə nəticələnəcək.

Əgər qaydanı pozan şəxs aksiyanın təşkilatçısı hesab olunarsa, ona 20 günədək inzibati həbs cəzası veriləcək.

Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan mitinqdə iştirak 60 günədək inzibati həbsə səbəb olacaq. Bundan əlavə, aksiya zamanı silah, pirotexnika və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yarada biləcək əşyalar daşıyan şəxs də 60 günədək inzibati həbs ediləcək.

Eyni zamanda, polis əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni əmrinə tabe olmayan şəxslərə 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
17 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Fransa parlamenti baş nazir Sebastien Le Kornu hökumətinə etimadsızlıq təkliflərini rədd edib