Noyabrın 29-da aksiyada polislərə hücum etmək və başqalarının əmlakına ziyan vurmaq ittihamı ilə həbs edilən 3 gənc barəsində həbs qətimkan tədbiri seçilib.
Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Epitaşvili polisə hücumda təqsirləndirilən 21 yaşlı gəncin barəsində həbs qətimkan tədbiri seçilməsinə qərar verib.
Bugünkü iclasda ittiham tərəfi saxlanılan şəxsə qarşı ən sərt qabaqlayıcı tədbirlərin görülməsini, müdafiə tərəfi isə 10 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.
Hakim Epitaşvili ittiham tərəfinin vəsatətini qəbul edib.
Təqsirləndirilən şəxs məhkəmədə mövqeyini bildirməyib, susmaq hüququndan istifadə edib.
Qeyd edək ki, vəkil bugünkü məhkəmə qərarından Tbilisi Apellyasiya Məhkəməsinə şikayət verəcək.
17 yaşlı yeniyetməyə gəlincə, o, noyabrın 29-da keçirilən etiraz aksiyası zamanı qanunverici orqanın binasına yanar əşya atmaqda, nəticədə isə parlament binasının otaqlarından birində yanğın baş verməsinə səbəb olmaqda ittiham olunur.
Hakim Nana Şamatava da ittihama əsasən, parlament binasının yaxınlığında quraşdırılmış fövqəladə halların idarə edilməsi mərkəzinin (112) balansındakı monitorinq sistemini yandıran digər məhbus barəsində hökm oxuyub.
Məlumat üçün bildirək ki, hazırda həyata keçirilən tədbirlər çərçivəsində Cinayət Məcəlləsinin özgənin əmlakına zərər vurma və polis əməkdaşına basqın etmə maddələri- 187 və 353- cü maddələri ilə istintaq aparılır.
Hazırda qeyd olunan maddələrlə 5 nəfər saxlanılıb.
Etiraz aksiyaları çərçivəsində baş vermiş hadisələrin araşdırılması təkcə Cinayət Məcəlləsi ilə deyil, həm də İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə, xüsusilə də qanunun tələbinə tabe olmamağa görə inzibati icraat aparılır.
Bundan başqa, Xüsusi İstintaq Xidməti hüquq-mühafizə orqanları əməkdaşlarının mitinq iştirakçılarına və KİV nümayəndələrinə qarşı zorakılıq tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı araşdırmalara başlayıb.