Aksiya zamanı Maska taxmaq və yolu bağlamaq 15 günə qədər inzibati həbslə cəzalandırılacaq – ƏTRAFLI

85

Aksiya zamanı üzün maska ilə örtülməsi və yolun bağlanması ilk dəfə baş verdikdə 15 günədək inzibati həbs cəzası tətbiq olunacaq.

QafqazTürk Media bildiri ki, bu barədə dəyişiklikləri “Gürcü Arzusu” partiyası inzibati pozuntular və cinayət məcəllələrinə daxil edir.

15 günədək həbs cəzası tətbiq ediləcək  mitinq iştirakçısına bu hallarda tətbiq ediləxək, əgər:

  • Üzünü “maskayla və ya digər vasitələrlə” örtəcək;

  • “Göz yaşardıcı, sinir-paralitik təsirli və/və ya zəhərli maddə” daşıyacaq;

  • İnsanların və ya nəqliyyatın hərəkətinə mane olmaq məqsədilə qəsdən çətinlik yaradacaq;

  • Müvəqqəti konstruksiya quracaq ki, onun qurulması “aksiya iştirakçıları və ya digər şəxslər üçün təhlükə yaradacaq, polis tərəfindən ictimai qayda və təhlükəsizliyin qorunmasına mane olacaq”.

Əgər pozuntunu təşkilatçı törədibsə, ona 20 günədək inzibati həbs cəzası təhdid edir.

“Mitinq və ya aksiyanın iştirakçısı tərəfindən üzün maska ilə örtülməsi, göz yaşardıcı və ya zəhərli maddənin olması, həmçinin yolun bağlanması və ya müvəqqəti konstruksiya qurulması ilk dəfə baş verdikdə 15 günədək inzibati həbs tətbiq olunacaq, əgər pozuntu təşkilatçı tərəfindən törədilibsə, inzibati həbs 20 günədək olacaq,” – deyə İvanişvili nümayəndəsi İrakli Kirçxaliya mətbuat konfransında bildirib.

Bununla yanaşı, polis tərəfindən dayandırılması tələb olunan aksiyada iştirak 60 günədək inzibati həbs cəzasına səbəb olacaq.

“Polisin dayandırmaq tələb etdiyi aksiyada iştirak ilk dəfə baş verdikdə 60 günədək inzibati həbs cəzasına səbəb olacaq. Həmçinin, aksiya zamanı silah, pirotexnika və ya digər şəxslərin həyat və sağlamlığına zərər vermək üçün istifadə olunan vasitələr daşıyan şəxs 60 günədək inzibati həbs cəzası alacaq,” – Kirçxaliya qeyd edib.

Onun sözlərinə görə, “belə qadağan olunmuş hərəkətləri təkrar törətmək 1 ilədək cinayət məsuliyyətinə səbəb olacaq. Üçüncü və hər sonrakı eyni qanunsuz hərəkət isə 2 ilədək həbs cəzasına gətirib çıxaracaq.”

Dəyişikliklərə əsasən, polis əməkdaşına üçüncü dəfə hörmətsizlik edən və ya onun əmrinə tabe olmayan şəxs 1 ilədək həbs cəzası alacaq.

“Cinayət məcəlləsinə yeni maddə əlavə olunur ki, polis əməkdaşına üçüncü dəfə hörmətsizlik edən və ya onun qanuni əmrinə tabe olmayan şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. Bu şəxs 1 ilədək həbs cəzası alacaq, təkrarlanan halda isə 2 ilədək həbs cəzası olacaq. Digər cəza növləri tətbiq edilməyəcək,” – deyəi İrakli Kirçxaliya bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
“Teror Gürcüstanda yeni zirvəyə çatır” – S. Zurabişvili İvanişvili komandasının qanun dəyişikliklərinə sərt reaksiya verdi
Öncəki yazı
Lukaşenko – Rusiya-Ukrayna müharibəsi indi başa çatmalıdır, əks halda Ukrayna müstəqil, suveren dövlət kimi yox olacaq