AKP-dən dünənki görüşlə bağlı – Açıqlama

19

QafqazTürk xəbər verir ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan ilə görüşüb.

Görüşdən sonra heç bir rəsmi açıqlama verilməsə də, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hamza Dağ bu barədə danışıb.

“Görüşü dəyərli hesab edirəm. Siyasət müzakirə etmək üçün var. Bilirəm ki, müzakirələrdən sonra ölkəmizin məmnun qalacağı bir nəticə olacaq”, – deyə sədr müavini vurğulayıb.Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.Mayın 28-i ikinci tur baş tutacaq

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Ğvarelidə diqqətçəkən toy
Öncəki yazı
Ərdoğanla Sinan Oğanın anlaşmasına mane olmaq üçün yayılan yalan