This is a specific ad

Aİ Şurası Ermənistan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondu çərçivəsində ilk yardımı təsdiqləyib.

85

Another advertisement

Avropa İttifaqı Şurası Avropa Sülh Fondu (APF) çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün 10 milyon avroluq yardımı təsdiqləyib.

“Avropa İttifaqı ilk dəfə olaraq Avropa Sülh Fondundan Ermənistana dəstək vermək qərarına gəlib. Bu yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını gücləndirmək və böhranlar və fövqəladə hallar zamanı mülki əhalinin müdafiəsini yaxşılaşdırmaqdır. O, həmçinin Ermənistanın davamlılığını artırmaq və ölkənin Avropa İttifaqı tərəfindən yerləşdirilən beynəlxalq hərbi missiya və əməliyyatlarda gələcəkdə mümkün iştirakı halında onun silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Konkret olaraq, alınan yardım tədbiri batalyon ölçülü bölmə üçün tam yerləşdirilən çadır düşərgəsinin təmin edilməsinə imkan verəcək”, – Şuranın press-relizində qeyd olunub.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bəyan edir ki, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərin getdikcə daha vacib elementinə çevrilir.

“Avropa sülh mexanizminin bu tədbiri ölkənin sabitliyinə daha da töhfə verəcək. Biz xarici siyasət və təhlükəsizlik siyasəti üzrə dialoqumuzu genişləndirməkdə, həmçinin Ermənistanın Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakını müzakirə etməkdə qarşılıqlı marağımız var”, – Borel bildirib.

Avropa İttifaqı Şurası qeyd edir ki, sözügedən dəstək Aİ-nin Ermənistanla ortaq dəyərlərə əsaslanan və Ermənistan və Cənubi Qafqazda sülh, sabitlik və rifahı təşviq etmək məqsədi daşıyan tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstan Azərbaycanlıları Konqresi Azərbaycan jurnalistlərini təltif etdi
Öncəki yazı
Gürcüstan millisinin qiyməti 24,050 milyon avro artıb