Aİ sözçüsü – Avropa İttifaqı Gürcüstanın işğal olunmuş Abxaziya regionunda keçirilən prezident seçkilərinin konstitusiya və hüquqi çərçivəsini tanımır

74

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anouar El Announi bildirib ki, Aİ Abxaziyada keçirilən prezident seçkilərinin konstitusiya və hüquqi çərçivəsini tanımır.

“Avropa İttifaqı Gürcüstanın beynəlxalq hüquqa uyğun olaraq tanınan ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. 2025-ci il fevralın 15-də Gürcüstanın işğal olunmuş regionu Abxaziyada keçirilmiş prezident seçkilərinə gəlincə, qeyd edirik ki, Avropa İttifaqı onun keçirildiyi konstitusiya və hüquqi bazanı tanımır”, – bəyanatda deyilir.

Sonrakı yazı
İsveç Xarici İşlər Nazirliyi – İsveç Gürcüstanın Abxaziya bölgəsində baş tutan qondarma prezident seçkilərini tanımır
Öncəki yazı
“Mtavari Arxi” canlı yayımlanan verilişləri dayandırıb