This is a specific ad

Aİ ölkələrində Avropa Parlamentinə seçkilər başlayır

10

Another advertisement

İyunun 6-dan 9-dək bütün Avropa İttifaqı (Aİ) ölkələrində 2024-2029-cu çağırış üçün Avropa Parlamentinə (AP) seçkilər keçiriləcək.

QafqazTürk.com xarici KİV-lərə istinadən xəbər verir.

Seçkilər hər bir ölkənin milli qanunlarına uyğun keçirilir: Niderland iyunun 6-da, İrlandiya və Çexiya iyunun 7-də, İtaliya, Latviya, Malta, Slovakiya iyunun 8-də, icma ölkələrinin əksəriyyəti iyunun 9-da səs verəcək.

Poçt və ya onlayn səsverməyə icazə verən ölkələrdə səsvermə prosesi bu müddətdən sonra da uzana bilər. Bununla əlaqədar, bir sıra Avropa KİV-i Aİ-nin bir ölkəsinin digərində daimi yaşayan (və onların sayı on milyonlarladır) vətəndaşlarının iki dəfə: öz vətənlərində və yaşadıqları yerdə səs verə biləcəyi seçki pozuntuları barədə xəbərdarlıq edib. Hər bir ölkə səsvermənin nəticələrini müstəqil şəkildə yekunlaşdırdığı üçün bunu yoxlamaq mümkün olmayacaq.

Aİ ölkələrində seçicilərin sayı 375 milyon nəfərdir.

Avropa Parlamentindəki 720 yerdən hər bir Aİ ölkəsi AP-də onun əhalisinə mütənasib olaraq ciddi şəkildə müəyyən edilmiş sayda mandat almaq hüququna malikdir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Cərimələr artır – hökumət məhsulun təhlükəsizliyinə nəzarəti gücləndirməyi planlaşdırır
Öncəki yazı
DTX Batumidə İŞİD-ə qarşı əməliyyat keçirib, 2 nəfər saxlanılıb