Aİ Avropa İttifaqı Moldova və Gürcüstanı bu dövlətlərin bəzi hissələrini nəzərə almadan birliyə qəbul etmək ideyası ilə çıxış edib.
QafqazTürk.com xəbər verir ki,bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano danışıb.
O bildirib ki, Aİ Dnestryanı, Abxaziya və Cənubi Osetiya ərazilərini istisna etmək istəyir.
“Avropa İttifaqı Moldova və Gürcüstanın hissə-hissə, yəni Brüsselin suverenliyini tanımadığı Dnestryanı, Cənubi Osetiya və Abxaziyasız ittifaqa qəbul oluna biləcəyini istisna etmir”, – deyə Peter Stano deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı mübahisəli ərazilərinə görə Moldova və Gürcüstanın qəbulunu ləngitməməlidir.
Yeni üzvlərin qəbulu ilə bağlı müzakirəyə səbəb Avropa Komissiyasının 2023-cü il üçün genişlənmə ilə bağlı hesabatını dərc etməsi olub və burada Ukrayna və Moldovanın üzvlüyünə dair tövsiyələr verilib. Bu məsələ ilə bağlı mümkün həll yolları Aİ-nin dekabrın 14-15-də keçiriləcək sammitindən sonra ortaya çıxacaq.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Gürcüstana namizəd statusunun verilməsi təklifi ilə çıxış edib. O, həmçinin Ukrayna və Moldovanın Aİ-yə daxil olması üçün yaxşı nəticələr əldə etdiyini bildirib. O, Təhlükəsizlik Şurasını hər iki ölkə ilə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb.