This is a specific ad

Aİ içində Ermənistan şirkətlərinin də olduğu 90 şirkəti Rusiya əleyhinə sanksiyaların 11-ci paketinə daxil edəcək

69

Another advertisement

Aİ 11-ci anti-Rusiya sanksiyalar paketinə 90-dan çox şirkəti daxil edəcək.

Qafqaztürk xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

“Biz Rusiyanın sanksiyalardan yayınmağına son qoymağa ciddi yanaşırıq. Ona görə də biz 90-dan çox şirkəti 11-ci sanksiya paketinə daxil edəcəyik, bununla bağlı əlimizdə aydın sübutlar var. 3-cü ölkələri yan keçərək, Aİ-dən Rusiyaya ixracı qadağan olunan mallar tədarük edirlər”, – deyə o bildirib.

“Financial Times” mənbələrə istinadən yazıb ki, yeni anti-Rusiya sanksiyalar paketi çərçivəsində Brüssel ilk dəfə olaraq Rusiyaya silahlanmada istifadə oluna bilən malların satışı ilə bağlı yeddi Çin şirkətinə qarşı sanksiyalar təklif edib.

Qəzetin yazdığına görə, sanksiya siyahısına Çin şirkətləri ilə yanaşı, eyni əsaslarla İran, Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri və Suriya şirkətləri də daxildir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Finlandiyada keçirilən “IFA EuroArm2023” adlı yarışda Bolnisi sakini Hüseyin Əliyev, ikiqat Avropa çempionu olub
Öncəki yazı
Sergey Lavrovun kürəkənin qardaşının Gürcüstanda baş tuta bilməyən toy mərasimi Birləşmiş Ərəb Əmirliyində keçiriləcək