Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstan parlamentini “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunu ləğv etməyə çağırıb.
QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.
“Gürcüstan parlamenti “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunlar qəbul edib ki, bu da insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkiliyin artmasına səbəb olacaq. Mən Gürcüstanı bu qanunu geri götürməyə çağırıram. Bu, ölkənin Aİ yolundan daha da uzaqlaşmasına səbəb olur” – deyə Borell qeyd edib.
Məlumat üçün bildirək ki, cari ilin 17 sentyabr tarixində Parlament LGBT təbliğatına qarşı olan “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun qəbul etmişdi.