This is a specific ad

Aİ-də korrupsiya skandalı: Ofislərə baxış keçirilir

68

Another advertisement

Avropa Parlamentinin (AP) Brüssel və Strasburqdakı ofislərində hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar aparırlar.

QafqazTürk.com xəbər verir ki,bu barədə “Der Spiegel” xəbər verib.

Nəşrin məlumatına görə, reydlər Avropa Parlamentinə seçki ərəfəsində Rusiyanın təbliğat rupor kimi istifadə olunduğu iddia edilən “Voice of Europe” xəbər portalı ətrafında olan işlə bağlıdır.

“Der Spiegel”in müxbiri istintaq orqanları əməkdaşlarının Niderland Avropa Parlamenti üzvü Marsel de Qraafın Brüsseldəki ofisinə daxil olduğunun şahidi olub. Həmçinin de Qraafın köməkçisi Giyom P.-nin ofisində axtarışlar aparıldığı bildirilir.

Daha əvvəl Giyom P. Almaniyanın “Almaniya üçün Alternativ”in nümayəndəsi Maksimilian Kranın yanında işləyib, onun adı isə seçkiqabağı qalmaqalda hallanır. Bundan əlavə, “Der Spiegel”in iddiasına görə, bu əməkdaş Polşada Rusiya xeyrinə casusluqda şübhəli bilinən şəxsə parlament üzvlüyü vəsiqəsinin verilməsi işində rol oynayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan birgə müəssisənin yaradılması üçün memorandum imzalayıblar
Öncəki yazı
Cənubi Koreya qonşusundan qoxulu “hədiyyə” aldı: Polis hava şarlarını yığır