This is a specific ad

Aİ COVID-19 sertifikatlarını qlobal sağlamlıq sertifikatlarına çevirmək istəyir

57

Another advertisement

Avropa İttifaqı COVID-19 epidemiyası zamanı yaradılan sertifikatları qlobal sağlamlıq sertifikatına çevirmək üçün addımlar atıb.

Avropa Şurası sertifikatların dəyişdirilməsi ilə bağlı tövsiyəsini qəbul etdi.
Tövsiyədə Aİ-yə üzv dövlətlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal sağlamlıq sertifikatlaşdırma şəbəkəsinin inkişafında iştirak etməyə dəvət olunub.
QafqazTürk.com xəbər verir ki,Avropa Şurasının verdiyi məlumata görə, rəqəmsal Covid sertifikatları üçün Aİ tərəfindən hazırlanmış texnologiya ÜST tərəfindən hazırlanmış şəbəkəyə inteqrasiya oluna bilər.
Avropa Şurasının qərarında Birlik ölkələrinin ÜST şəbəkəsinə qoşulmaq öhdəliyi yoxdur. Üzv dövlətlər ÜST şəbəkəsinə qoşularsa, sertifikatlar, xüsusən də beynəlxalq sağlamlıq vəziyyətində fövqəladə vəziyyət halında şəbəkənin tələblərinə cavab verməlidir.
Rəqəmsal Covid sertifikatları üçün mövcud Aİ tənzimləməsi iyunun 30-da başa çatacaq.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
“Assosiasiya Sazişinə əsaslanan islahatlar Gürcüstanın Avropa ailəsinin tamhüquqlu üzvü olması üçün mühüm addımdır”
Öncəki yazı
Şoyqu Kremlə çağırıldı