This is a specific ad

Ağır yaralanan keçmiş deputat dünyasını dəyişib

98

Another advertisement

Ukrayna Ali Radasının keçmiş deputatı İrina Farion xəstəxanada dünyasını dəyişib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna mediası  məlumat yayıb.

Məlumatı Lvov meri Andrey Sadov təsdiqləyib:

“Məlum olub ki, İrina Farion xəstəxanada ölüb. Həkimlər hər şeyi etsələr də onu xilas edə bilməyiblər. Lvov ictimaiyyəti ailəsinə, onu tanıyan və sevən hər kəsə dərin hüznlə başsağlığı verir”.

Xatırladaq ki, iyulun 19-da saat 19:30 radələrində Farion Lvovdakı evinin yaxınlığında hücuma məruz qalıb və başından odlu silahla güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs qaçıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
İlham Əliyev: “Tarixi və geosiyasi dəyişikliklərin baş verdiyi Cənubi Qafqazda tarixi transformasiya gedir”
Öncəki yazı
Magistral körpü uçdu: 11 nəfər ölüb, 30-dan çox insan itkin düşüb