• 01 Mart 2025 01:27

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Ağ Evdə Vladimir Zelenski ilə Donald Tramp arasında görüş başlayıb

ByTürkan Şahverdova

Fev 28, 2025
Another advertisement

Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında danışıqlar başlayıb.

Trampla görüşdən əvvəl Ukrayna prezidenti ABŞ Senatının ikitərəfli nümayəndə heyəti ilə görüşüb.

“ABŞ-a vacib səfər. Mən Vaşinqtonda ABŞ Senatının ikitərəfli nümayəndə heyəti ilə görüşdüm.

Söhbətimiz Ukraynaya hərbi yardımın davam etdirilməsi, bununla bağlı qanunvericilik təşəbbüsləri, prezident Trampla görüşüm, ədalətli və davamlı sülhə nail olmaq səyləri, müharibəni bitirmək üçün baxışımız və güclü təhlükəsizlik təminatlarının vacibliyi haqqında olub.

Biz ABŞ kimi strateji tərəfdaşlarımız və dostlarımızla fəxr edirik. Biz Rusiyanın üç illik genişmiqyaslı təcavüzü zamanı Ukraynaya ikipalatalı və ikipartiyalı sarsılmaz dəstəyə görə minnətdarıq”, – deyə Zelenski yazıb.

KİV-in məlumatına görə, bir neçə saatdan sonra birgə mətbuat konfransı keçiriləcək.

Məlumat üçün bildirək ki, görüşdən sonra Ukrayna və ABŞ prezidentlərinin Ukraynada nadir metalların çıxarılmasına dair saziş imzalaması planlaşdırılır.