This is a specific ad

Ağ Ev Ukraynanın Rusiyaya ATACMS raketləri ilə zərbə endirməsinə icazə verdiyini təsdiqləyib

13

Another advertisement

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli ATACMS raketləri ilə hücuma başlamaq üçün icazə aldığını təsdiqləyib.

Kirbinin sözlərinə görə, Birləşmiş Ştatlar ATACMS raketlərinin istifadəsi ilə bağlı “əslində təlimatları dəyişib” və indi ukraynalılar “onlardan konkret tipli hədəfləri vurmaq üçün istifadə edə bilərlər”.

Ukrayna mediası yazır ki, Kirbinin sözləri Ukraynanın Rusiya ərazisinə Amerikanın uzaqmənzilli silahları ilə zərbə endirmək icazəsi aldığının ilk rəsmi təsdiqi oldu.

Sonrakı yazı
Prezident seçkiləri bu tarixdə keçiriləcək
Öncəki yazı
Keçmiş baş nazirin tərəfdarları ilə polis arasında baş verən qarşıdurma ölümlə nəticələnib