This is a specific ad

Ağ Ev – Rusiya Qara dənizdə mülki gəmilərə hücum edə bilər

18

Another advertisement

Ağ Ev bildirir ki, Rusiya Ukraynanın taxıl obyektlərinə hücumunu genişləndirə və Qara dənizdə mülki gəmilərə hücum edə bilər.

QafqazTürk.com xəbər verir ki,Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodcun sözlərinə görə, ABŞ rəsmilərində Rusiyanın Ukrayna limanlarına yaxınlaşan yerlərə əlavə dəniz minaları yerləşdirməsi barədə məlumat var.

“Biz inanırıq ki, bu, Qara dənizdə mülki gəmilərə edilən istənilən hücuma haqq qazandırmaq və bu hücumlarda Ukraynanı günahlandırmaq üçün koordinasiya edilmiş səydir”, – Adam Hodc bildirib.

Onun sözlərinə görə, Qara dənizdə yuxarıda qeyd olunan koordinasiyalı səylərə əlavə olaraq, Rusiya Ukraynanın Odessadakı taxıl ixrac limanlarına raket və pilotsuz təyyarələrlə hücum edərək kənd təsərrüfatı infrastrukturunu və 60 min ton taxılı məhv edib.

Eyni zamanda qeyd olunur ki, buna Rusiya hakimiyyətinin Qara dəniz akvatoriyasında Ukrayna limanlarına gedən bütün gəmilərin potensial hərbi yük daşıyıcıları kimi baxılması ilə bağlı bəyanatı göstərilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Yeni rekord – Gürcüstandan 990,9 milyon dollar dəyərində avtomobillər reeksport edilib
Öncəki yazı
Rusiyada satdığımız və aldığımız şeylər – ilk 5 məhsul