This is a specific ad

Afinada qeyri-qanuni mühacirlərin düşərgəsində iğtişaşlar – Gürcüstan vətəndaşlarının vəziyyəti necədir

47

Another advertisement

Afinada qeyri-qanuni mühacirlərin saxlanıldığı Amigdaleza düşərgəsində iğtişaş baş verib, burada Gürcüstan vətəndaşları da olub.

QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstanın Yunanıstandakı səfirliyi məlumat yayıb.

Səfirliyin məlumatına görə, Yunanıstanın müvafiq xidmətləri hadisə yerinə səfərbər edilib. Səfirlik qeyd edir ki, o, həm mövcud düşərgədə olan Gürcüstan vətəndaşları, həm də administrasiya ilə daimi əlaqədə olub.

Bəyanatda qeyd edildiyi kimi, Gürcüstanın aidiyyəti xidmət orqanları və vətəndaşları təsdiq edir ki, ərazidə artıq sakitlik hökm sürür və Gürcüstan vətəndaşları təhlükəsizdirlər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Polşada 3 nəfər gürcü saxlanılıb
Öncəki yazı
ქვემო ქართლის რეგიონს კიდევ ერთი ახალი რეკრეაციული სივრცე შეემატა