This is a specific ad

ADA-nın Qazax Müəllimlər Seminariyasına qəbul olan 34 gələcək müəllim – ƏTRAFLI

97

Another advertisement

18 may tarixində, Tbilisidə Mirzə Fətəli Axundov muzeyində Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin rektoru Hafiz Paşayev ADA-nın Qazax Müəllimlər Seminariyasına yeni qəbul olunan şəxslərlə görüş keçirdilər.

Görüşdə həmçinin Azərbaycanın Gürcüstandakı səfiri cənab Faiq Quluyev, icma nümayəndələri və mətbuat işçiləri iştirak etdilər.

Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri cənab Faiq Quluyev ADA-nın Qazax Müəllimlər Seminariyasının magistr proqramaına qəbul olan 34 Gürcüstan azərbaycanlılarını ürəkdən təbrik edib, onlara gələcək təhsil fəaliyyətində bol uğurlar arzu ediblər.

Xatırladaq ki, bu il ilk dəfə olaraq Azərbaycan Diplomatik Akademiyası (ADA Universiteti) Gürcüstan azərbaycanlıları üçün Azərbaycan dilində Qazax Müəlllimlər Seminariyasında “Təhsil üzrə menecment” və “Təlim və Tədrisin Təşkili və Metodikası” üzrə magistr təhsili almaq üçün geniş imkanlar yaratdı.. Bu ixtisaslar hibrid formada – əyani və distant (daha çox onlayn) formada tədris ediləcək. Dərslərin böyük qismi onlayn olacaq, ona görə də işləyənlər üçün rahat və əlverişlidir. Tədris ili cari ilin sentyabr ayından başlayacaq.

Proqramda Azərbaycan dili və Ədəbiyyat fənninin tədrisi də nəzərdə tutulur. Gürcüstan vətəndaşları təhsil haqqından azad olmaq üçün 100 faizlik qrantdan yararlana bilərlər, bunun üçün hər semestr ədədi orta bal (GPA) minimum 3 olmalıdır.

Sonrakı yazı
Baş nazir İrakli Ğaribaşvili “Son zəng” münasibətilə məzunları təbrik edib
Öncəki yazı
Ermənistan naziri “Ararat” konyakının Rusiyaya tədarükünün dayandırıldığını açıqlayıb