Aclıq aksiyasının 8-ci günü – etirazçılara daha iki nəfər qoşulub

39

Parlament qarşısında aclıq aksiyasının səkkizinci günü – etiraz aksiyasına daha iki nəfər qoşulub. Beləliklə, davamlı aksiyada hazırda səkkiz nəfər iştirak edir. Aclıq edənlərdən biri, parlamentin qarşısında aksiyaya qoşulan Tamaz Maçavarianidir. O, bundan əvvəl parlamentin arxa girişində etirazın bu radikal formasını davam etdirir və həbsxanalardakı ağır vəziyyətə etiraz edirdi.

Hazırda etirazçıların səhhəti qənaətbəxş qiymətləndirilir, lakin vəziyyət istənilən an pisləşə bilər. Onların təcili tibbi yardım briqadasının ayrılması tələbi hələ yerinə yetirilməyib.

Aksiya iştirakçıları yenə də növbədənkənar seçkilərin keçirilməsini və siyasi məhbusların azad edilməsini tələb edirlər.

“Mən hesab edirəm ki, bu, istənilən halda, siyasi əhəmiyyət kəsb edən etirazdır və onun müəyyən siyasi təsiri mütləq olacaq. Biz birbaşa nəticə gözləmirik ki, rejim qəfildən dəyişəcək, sabah xalqın qarşısına çıxıb deyəcək ki, artıq təqiblər, təzyiqlər, təcrid yoxdur, Avropaya dönürük… Belə bir möcüzəyə ümid etmirik. Amma düşünürəm ki, bu etiraz ölkədə siyasi mühiti dəyişdirən bir hadisədir və biz bir-birimizə dəstək olmalıyıq,” – deyə Gedevan Fofxadze bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
RFE/RL-nin əldə etdiyi Avropa Komissiyasının genişlənmə hesabatında Gürcüstan haqqında nə yazılıb ?
Öncəki yazı
4 noyabr tarixinə olan valyuta məzənnəsi məlumdur