This is a specific ad

Acarada polis əlil şəxsə cinsi təcavüz etmə ittihamı ilə bir nəfəri həbs edib

46

Another advertisement

Hüquq-mühafizə orqanlarının əməkdaşları 1 nəfəri fiziki məhdudiyyətli şəxsi zorlamaqda ittiham edərək həbs ediblər.

Qafqaztürk.com xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisə yerindən gizlənən gənc hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

Cinayət 10 ildən 13 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Keda bələdiyyəsində əlil şəxsə zorakılıq tətbiq edərək cinsi əlaqədə olub, sonra hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 137-ci maddəsinin 3-cü hissəsi ilə  istintaq aparılır.

Kateqoriya: Region
Sonrakı yazı
„უკრაინას შეუძლია და შეაჩერებს პუტინს” – ვაშინგტონში NATO-ს სამიტი დაიწყო
Öncəki yazı
Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrini nəzərə alan Vaşinqton iqtidarı dəyişmək qərarına gəlib