This is a specific ad

Abxaziyada Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı çıxan bir neçə müxalifət nümayəndəsi həbs edilib

239

Another advertisement

“Hökumət nümayəndələri bizə qarantiya verdilər ki, saxlanılan siyasi fəallar bir saat yarım ərzində azad olunacaqlar, ona görə də Kodori körpüsü müvəqqəti olaraq açılıb.”

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya mətbuatına “Müxalifət”in liderlərindən biri Adqur Ardzinba məlumat verib.

Onun sözlərinə görə, hökumət verdiyi vədləri yerinə yetirməsə, Kodori körpüsü yenidən bağlanacaq.

İndiyədək iki körpü bağlı qalır – Zemo və Kvemo Qumisti körpüləri.

Qeyd edək ki, işğal olunmuş Abxaziyada etiraz dalğası Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı çıxan bir neçə müxalifət nümayəndəsinin həbsi ilə nəticələnib. Etirazçılar Suxuminin hər üç körpüsünü bağlayıblar. Söhbət Kvemo və Zemo Qumista və Kodori körpülərindən gedir. Qondarma Prezident Aslan Bjaniya yaranmış vəziyyətlə əlaqədar “Təhlükəsizlik Şurası”nın növbədənkənar iclasını keçirib, iclasda “Təhlükəsizlik Qüvvələri”nin rəhbərləri qanunsuz hərəkətlərin qarşısının alınması üçün görülən tədbirlərdən danışıblar.

Sonrakı yazı
The Telegraph: პუტინი ტრამპის თანამდებობაზე მოსვლამდე, კურსკის დაბრუნებას ცდილობს
Öncəki yazı
ომის მიზნების მიღწევამდე ლიბანში არანაირი ცეცხლის შეწყვეტა და პაუზა არ იქნება – ისრაელის თავდაცვის მინისტრი