This is a specific ad

Abxaziyada qarşıdurma- Müxalifət nümayəndələri həbs edilib

294

Another advertisement

İşğal olunmuş Abxaziyada Kodori körpüsündə müxalifət tərəfdarları ilə “güc strukturlarının” nümayəndələri arasında qarşıdurma baş verib.

QafqazTürk Media xəbər verir  ki, qarşıdurmanın videomaterialı Telegram kanalı – RESPUBLICA tərəfindən yayımlanıb.

İşğal olunmuş Abxaziyada etiraz dalğası müxalifətin bir neçə nümayəndəsinin həbsi ilə nəticələnib.

O cümlədən, mövcud məlumatlara görə, Qudautadakı “ictimai toplantıdan” qayıdan müxalifətçilər Omar Smir, Qari Kokaia, Almasxan Ardzinba, Ramaz Copua və Aslan Qvaramiya həbs ediliblər və Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil veriliblər.

Noyabrın 12-də gecə saatlarında müxalifət tərəfdarları Qumista və Kodori körpülərini bağlayıblar. Prezident Aslan Bjaniya yaranmış vəziyyətlə əlaqədar “Təhlükəsizlik Şurası”nın növbədənkənar iclasını keçirib və orada “Təhlükəsizlik Qüvvələri”nin rəhbərləri “qanunsuz hərəkətlərin qarşısının alınması üçün görülən tədbirlərdən danışıblar”.

Bundan əvvəl məlum olub ki, “müxalifət” noyabrın 15-də qondarma Parlament Rusiya-Abxaziya investisiya sazişinin ratifikasiyası məsələsini müzakirə edərkən aksiya keçirəcəkdi.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
ქართული ღვინო აშშ-ში, ბუნებრივი ღვინოების საერთაშორისო გამოფენაზე ,,RAW Wine” იყო წარმოდგენილი
Öncəki yazı
ABŞ Konqresinin Nümayəndələr Palatasında “Respublika Partiyası” çoxluğu qazanıb