• 11 Mart 2025 06:25

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

“Abxaziya Rusiya ilə münasibətləri gücləndirməyə çalışacaq”-Vladimir Putin

ByTürkan Şahverdova

Dek 30, 2024
Another advertisement

“Abxaziya Rusiya ilə münasibətləri gücləndirməyə və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı davam etdirməyə çalışacaq”.

QafqazTürk Media xəbər verir ki, bu barədə qondarma Abxaziyanın “Prezident səlahiyyətlərini icra edən” Badra Qunba Rusiya prezidenti Vladimir Putinə yeni il təbrik məktubunda yazır.

“Biz Rusiyanın Abxaziyanın yaşadığı enerji böhranının aradan qaldırılmasında və digər sosial-iqtisadi inkişaf məsələlərinin həllində davamlı dəstəyini yüksək qiymətləndiririk. Abxaziya Respublikası ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, sabitliyin və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın qorunması istiqamətində səylərini davam etdirəcək”, – təbrikdə deyilir.

O, Vladimir Putinə dövlət fəaliyyətində uğurlar arzulayıb.

“Sizə səmimi qəlbdən cansağlığı və dövlət fəaliyyətində uğurlar, Rusiya Federasiyasının bütün xalqına sülh və firavanlıq arzulayıram”, – deyə Badra Qunba bildirib.