Another advertisement
Abxaziya Parlamenti binasında atışma olub, nəticədə bir deputat Vaxtanq Qolandzia həlak olub, müxalifətçi Kan Kvarçia isə yaralanıb.
Məlumata görə, mədən işlərinin qadağan edilməsi ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunub və bu an Kan Kvarça və Adqur Xaraziya arasında qarşıdurma baş verib. Adqur Xarazia silahdan atəş açıb. Silahdan açılan atəş nəticəsində tərəfləri sakitləşdirməyə çalışan Vaxtanq Qolandzia həyatını itirib.