“ABŞ Gürcüstan Prezidenti Salome Zurabişvilinin araşdırmaya ölkədə parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı sübutlar təqdim edəcəyinə ümid edir.”
QafqazTürk Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Prezident öz adından çıxış edə bilər. Lakin anladığım qədərilə o, pozuntular barədə məlumata sahib olduğunu deyib, buna görə də, ümid edirəm ki, Zurabişvili həmin məlumatı təqdim edə biləcək”, – deyə Miller ifadə edib.
Xatırladaq ki, dünən Gürcüstan prokurorluğu oktyabrın 26-sı baş tutan parlament seçkilərində mümkün saxtalaşdırma halları ilə bağlı araşdırma başladıb və Zurabişvilini dindirilmə üçün prokurorluğa dəvət edib. Lakin ölkə başçısı cavabında prokurorluğu öz işi ilə məşğul olmağa çağırıb.