This is a specific ad

“ABŞ yaxın vaxtlarda Ukraynada atəşkəs tarixi və təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlama verə bilər”-Donald Tusk

230

Another advertisement

“Yaxın vaxtlarda biz Amerika Birləşmiş Ştatlarından Ukraynada atəşkəs tarixi və təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlamalar gözləyə bilərik”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bildirib.

Trampın Ukrayna ilə bağlı sülh planı ilə  əlaqədar mətbuatda yayılan məlumatlara münasibət bildirən Tusk belə bir planın hazırlıq mərhələsində olduğunu qeyd edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda, xüsusən də atəşkəsin tarixi, onun hansı sərhədə təsir edəcəyi, həmçinin Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə gözlənilir.

“Bunlar ABŞ-ın Ukrayna işlərinə daha az müdaxiləsini nəzərə alan qərarlar olacaq”, – Tusk izah edib.

Sonrakı yazı
Yüksək təzyiqin qarşısını alan fəaliyyət
Öncəki yazı
დღეს მისი დღეა!