ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Yəməndə “husilərə” qarşı “həlledici və güclü” hava hücumları dalğasına başlayıb.
Onun sözlərinə görə, bu qərara səbəb “husilərin” Qırmızı dənizdə ABŞ gəmilərinə hücumlarıdır.
“İranın himayə etdiyi “husi üsyançıları” ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımıza və müttəfiqlərimizə hücum edir” deyən Tramp, onların “piratlıq, zorakılıq və terrorizm”nin milyardlarla dollara başa gəldiyini və insanların həyatını riskə atdığını bildirib.
O bildirib ki, Amerika xalqını və onun prezidentini təhdid edən hər kəs tam məsuliyyətə cəlb olunacaq.
“Amerika xalqını, prezidentlik tarixində ən böyük mandatlardan birini almış prezidentini və ya dünyanın gəmi yollarını təhdid etməyin. Əgər belə etsəniz, diqqətli olun, çünki Amerika sizi tam şəkildə məsuliyyətə cəlb edəcək. Heç bir terrorçu qüvvə Amerikanın ticarət və dəniz gəmilərinin dünyanın su yollarında sərbəst üzməsinə mane ola bilməz”, – Tramp bildirib.
“Husilər” in Səhiyyə Nazirliyi hücumda azı 31 nəfərin öldüyünü, 101 nəfərin yaralandığını bildirib.
“Husilər” deyirlər ki, onların qüvvələri ABŞ-ın zərbələrinə cavab verəcək.