ABŞ Yəmənin yanacaq limanına zərbə endirib: ölənlər və yaralananlar var

33

ABŞ-ın Yəməndə yanacaq limanına endirdiyi hava zərbəsi nəticəsində azı 38 nəfər ölüb.

Əldə olan məlumata görə, hücum zamanı 100-dən çox insan yaralanıb.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, bu zərbələrin məqsədi husilərin iqtisadi güc mənbəyini zəiflətmək olub.

ABŞ Mərkəzi Komandanlığının sosial mediada paylaşdığı bəyanatda, “Bu zərbələrin məqsədi öz soydaşlarını istismar etməyə və onlara böyük ağrılar verməyə davam edən Husilərin iqtisadi güc mənbəyini azaltmaq idi” deyilir.

Birləşmiş Ştatlar husilərin Qırmızı dənizdəki gəmilərə hücumunu dayandırmayınca, keçən ay başlayan irimiqyaslı zərbələri dayandırmayacağına söz verib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qarşıdakı günlərin hava şəraitini təqdim edirik
Öncəki yazı
Polşa Gürcüstanın səkkiz hüquq-mühafizə orqanının əməkdaşının ölkəyə girişinə qadağa qoyub