This is a specific ad

ABŞ vətəndaşlarını istənilən biletlə Livanı tərk etməyə çağırır

131

Another advertisement

Birləşmiş Ştatların Beyrutdakı səfirliyi Yaxın Şərqdə artan gərginlik fonunda öz vətəndaşlarını “istənilən biletlə” Livanı tərk etməyə çağırır.

QafqazTürk Media xəbər verir ki, Səfirliyin bildirdiyinə görə, Livanda qalmağı seçənlər fövqəladə hallar üçün planlar etməli və uzun müddət sığınacaq almağa hazırlaşmalıdırlar.

Səfirliyin məlumatına görə, bir neçə aviaşirkət Livana uçuşları dayandırıb və ya ləğv edib, lakin ölkəni tərk etmək üçün kommersiya nəqliyyatı variantları mövcuddur.

ABŞ səfirliyinin xəbərdarlığı Colan təpələrində 12 uşaq və yeniyetmənin ölümünə səbəb olan hücumdan sonra İsrail və İran arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. İsrail hücumda İranın dəstəklədiyi Hizbullahı günahlandırıb və Hizbullahın hücumda hər hansı əli olduğunu inkar etsə də, cavab addımı atacağına söz verib. Bir neçə gün sonra isə Beyrutda İsrailin hava hücumu nəticəsində Hizbullah komandiri Fuad Şükri öldürülüb. Bir neçə saat sonra İranda HƏMAS-ın lideri İsmayıl Haniyə öldürülüb. O, prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.

İran İsraildən ciddi qisas alacağına söz verib. Ehtimal olunur ki, Livanda fəaliyyət göstərən İranın dəstəklədiyi “Hizbullah” qruplaşması bu cür cavab tədbirlərində ağır rol oynaya bilər ki, bu da öz növbəsində İsrailin ciddi reaksiyasına səbəb ola bilər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Parlamentin Kutaisidəki keçmiş binasında nə açılacaq?-Hökumət artıq qərar verdi
Öncəki yazı
Paris 2024 Olimpiadasının xərcləri açıqlandı