ABŞ və Aİ Ermənistanı transatlantik müttəfiqlərə yaxınlaşdırmaq üçün sxem hazırlayır

1

ABŞ və Avropa İttifaqı Ermənistanın transatlantik müttəfiqlər ilə yaxınlaşmasını istəyir və bunu təmin etmək üçün sxem hazırlayır.

QafqazTürk.com xəbər verir ki,bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat verib.

“Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıq şəkildə bəyan etdi ki, o, Ermənistanı icmamıza yaxınlaşdırmaq məqsədi ilə bizimlə və Ermənistanla görüş keçirmək niyyətindədir. Mən bunu bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla müzakirə etmişəm. Paşinyan və biz bunu necə edə biləcəyimizi öyrənirik”, – diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən deyib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Ermənistanın KTMT-nin sessiyasını boykot etməsinin səbəbi məlum olub
Öncəki yazı
Tbilisidə yeni ilin gəlişi ilə bağlı şam ağacının işıqlandırılacağı vaxt açıqlanıb