ABŞ “UNESCO”-dan çıxır – Dövlət Departamenti rəsmi açıqlama yayıb

44

Amerika Birləşmiş Ştatları “UNESCO”-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı) tərkibindən çıxmaq qərarına gəlib. Bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Rəsmi məlumata görə, ABŞ “UNESCO”-dan çıxmaq qərarını təşkilatın baş direktoru Odri Azuleyə çatdırıb. Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, ABŞ-ın “UNESCO”-da fəaliyyətini davam etdirməsi artıq ölkənin milli maraqlarına uyğun gəlmir.

“UNESCO sosial və mədəni baxımdan mübahisəli ideyaların təşviqinə yönəlmiş fəaliyyət göstərir. Təşkilat BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, beynəlxalq inkişafın qlobalist və ideoloji gündəminə həddindən artıq diqqət ayırır. Bu isə bizim xarici siyasət prioritetimiz olan ‘Əvvəlcə Amerika’ prinsipinə ziddir”, – deyə bəyanatda vurğulanır.

ABŞ “UNESCO”-dan rəsmi olaraq 2026-cı il dekabrın 31-də çıxacaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
Daxili İşlər nazirinin müavini Mariam Tabatadze Türkiyədə işgüzar səfərdədir
Öncəki yazı
Prezident Mixail Kavelaşvili ilə Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov arasında görüş baş tutub