This is a specific ad

ABŞ səfiri: “Qlobal müharibə partiyası”nın üzvü olmağımıza dair dezinformasiyalar yayılır”

14

Another advertisement

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan Gürcüstan rəsmilərinin Qərbin inqilabi hazırlıqları dəstəkləməsinə dair iddialarına münasibət bildirib.

QafqazTürk.com  xəbər verir ki, diplomat Gürcüstanda dezinformasiya kampaniyalarının aparıldığını, bunun demokratiya üçün təhdid törətdiyini deyib.

“Aİ üzvü olmaqla bağlı dezinformasiyalar yayılır. Bunlardan biri üzv ölkələrin öz kimliklərini itirməsi iddiasıdır, lakin bu tamamilə yalandır”, – Danniqan deyib.

Səfir dezinformasiya ilə mübarizə imkanlarının məhdud olduğunu, bunun Gürcüstanda da baş verdiyini əlavə edib. Diplomat “Qlobal Müharbə Partiyası”na dair iddiaları, həmçinin Qərbin Gürcüstanda inqilabı təhrik etməsinə dair iddiaları təkzib edib.

“Bəziləri bizim “Qlobal Müharibə Partyası”nın üzvü olduğumuzu və ya bu ölkədə inqilabı təhrik etdiyimizi, burada məkrli niyyətlərimiz oduğunu iddia edir. Həqiqətdə bunları eşitmək kədərlidir… Son 32 il ərzində biz Gürcüstana 6 milyard dollar yardım göstərmişik”, – Danniqan deyib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
GAK-ın sədri, Hüseyn Yusubov Qurban bayramı münasibətilə təbriklərini çatdırır
Öncəki yazı
დიდი ოდენობით თანხის თაღლითური გზით დაუფლების ფაქტზე 5 პირს ბრალდება წარედგინა